Laçında 842 kq çətənə bitkisi məhv edilib.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin və Müdafiə Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Ərdəşəvi, Vağazin və Piçənis kəndlərinin ərazisində çətənə bitkiləri aşkar edilib.
Yabanı halda bitən, ümumi çəkisi 842 kiloqram olan 2 019 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.
- Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə...
- Kapital Bank istiqrazlarına abunə yazılışı başladı
- General yüksək vəzifəyə təyin edildi - Foto
- Süni intellekt üçün internet Bakcelldən
- Bakıda beynəlxalq konfrans keçiriləcək
- Kəlbəcərdə otlaq sahədə mina partladı
- Simonyanın torbasını tikənlər - Aralarında müavini də var
- Sabah 38 dərəcə isti olacaq