Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) QSC-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub, xəsarət yetirilib, texnikaları əllərindən alınıb.
BUTA.TV xəbər verir ki, bu barədə AzTV bəyanat yayıb.
Bəyanatda qeyd edilib ki, dövlət televiziyasının əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar:
“Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər”.
“Azərbaycan Televiziya və Radio Verilişləri QSC olaraq baş verənləri şiddətlə qınayır, baş vermiş hadisəni yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə söz və ifadə azadığına, azad jurnalistika fəaliyyətinə basqı hesab edirik. Biz Fransanın hüquq mühafizə orqanlarından bu hadisəni obyektiv araşdırmağı, jurnalistlərə silahlı hücum edən şəxslərin müəyyənləşdirilməsini və cəzalandırılmasını, dəymiş zərərin ödənilməsi üçün lazımi tədbirlər görməyi tələb edirik”, - bəyanat bildirilib.
- Kapital Bank istiqrazlarına abunə yazılışı başladı
- General yüksək vəzifəyə təyin edildi - Foto
- Süni intellekt üçün internet Bakcelldən
- Bakıda beynəlxalq konfrans keçiriləcək
- Kəlbəcərdə otlaq sahədə mina partladı
- Simonyanın torbasını tikənlər - Aralarında müavini də var
- Sabah 38 dərəcə isti olacaq
- DSMF-nin xərcləri birinci yarımildə artaraq, bu qədər oldu