1 iyul saat 09:30-dan 15:00-dək Bakı şəhəri, Nəsimi rayonunun Alı Mustafayev küçəsində (yalnız 20 Yanvar dairəsi istiqamətində, tunelin çıxışında) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.
Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.
- Təkrar qumar oynayanlar həbs ediləcək
- Ölkəmizdə epidemiya, kütləvi yayılma... - SN çağırış etdi
- Elvin Cəfərquliyev təşəkkür etdi - “Sizi çox sevirəm”
- Atasının ölüm xəbərini alan gəmi kapitanının ürəyi dayandı
- Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
- Xaricdə təhsil və diplom vədi... - Aldanmayın!
- Bakcell və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüşdü
- FHN: Taxıl zəmilərində bunlar qadağandır - Video