Türkiyə səfiri dənizdə çimərkən vəfat etdi

00:08 - 1 İyul 2023 - GÜNDƏM

 Türkiyə səfiri dənizdə çimərkən vəfat etdi

Türkiyənin Portuqaliyadakı səfiri Murad Qaragöz dənizdə çimərkən vəfat edib.

BUTA.TV xəbər verir ki, səfir Muğlanın Fəthiyə mahalının Faralya körfəzində dənizdə çimərkən infarkt keçirib.

Dəniz səthində hərəkətsiz qalan səfiri görən dostları Təcili Tibbi Yardım qruplarına məlumat verərək səfiri sahilə çıxarıblar. Tibb qrupları tərəfindən ürək masajı edilən səfir Qaragöz təcili yardımla Fəthiyədə xüsusi xəstəxanaya aparılıb.

Xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq, səfir həyatını itirib.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda rusdilli məktəblər bağlanır

Keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu Murad Qaragözün vəfatı ilə əlaqədar Tvitter hesabında səfirin ailəsinə və yaxınlarına başsağlığı verib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol