İyunun 30-da günün ikinci yarısından Şamaxıya yağmaya başlayan güclü yağış bir sıra fəsadlar törədib.
BUTA.TV xəbər verir ki, güclü yağışdan sonra dağlardan gələn sel Ağsuçayın daşması ilə nəticələnib. Bu səbəbdən rayonun Qaleybuğurd, Keçmədin, Qaladərəsi kəndləri ilə əlaqə kəsilib.
Kəndlərdə gedən avtomobil yolu bağlandığından istirahət məqsədilə sözügedən ərazilərə üz tutan turistlər oradan çıxa bilməyiblər.
Təbii fəlakətdən sonra dərhal rayon fövqəladə hallar komissiyasının (FHK) üzvləri həmin kəndlərə gedərək, hadisə baş verən ərazilərlə tanış olublar.
Hadisə bölgəsində olan rayon FHK-ın sədri Hikmət Şikarov bildirib ki, kəndlərdə qalan turistləri təxliyə etmək, rayon mərkəzi ilə kəndlərin əlaqəsini tez bir zamanda bərpa etmək məqsədilə əraziyə canlı qüvvə və texnika cəlb olunub. Hər hansı insan tələfatı və təsərrüfatlara zərərin dəyməsi ilə bağlı məlumat daxil olmayıb. Hazırda bölgədə yağmursuz hava müşahidə edilsə də, çaylarda suyun səviyyəsi həddən artıqdır.
- Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
- Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddəti... - Dəyişiklik
- Ağdaş yenə qaranlığa büründü, İH "pulumuz yoxdur" deyir
- City Garden Narimanov”: Premium yaşayışın yeni ünvanı
- “AzerTelecom” və “DE-CIX”in əməkdaşlığı ilə internet mübadiləsi mərkəzi - “AZE-İX” istifadəyə verilir
- Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq
- Təkrar qumar oynayanlar həbs ediləcək
- Ölkəmizdə epidemiya, kütləvi yayılma... - SN çağırış etdi