Elm və təhsil naziri Emin Əmrullayev Bakıda baş verən zəlzələ ilə bağlı maraqlı paylaşım edib.
BUTA.TV xəbər verir ki, nazir “Neftçi”nin qadınlardan ibarət basketbol komandasının İsraildə qalib gəlməsi ilə Bakının silkələnməsini qarşılaşdırıb.
"Neftçi" İsraildə çempion oldu, Bakıda isə zəlzələ oldu... Niderland, Macarıstan, Litva, İsrail və Çin komandalarına qalib gəlmələri münasibətilə komanda üzvlərini təbrik edirəm!” – nazir bildirib.
Qeyd edək ki, bu gün saat 00:01-də Xəzər dənizinin şimal hissəsində, Azərbaycan sahilində 5,7 ballıq zəlzələ baş verib. Zəlzələ Bakı da daxil olmaqla, ölkəmizin şimal hissəsinin sahil ərazilərində hiss edilib.
- Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
- Bakının bu ərazilərində işıq olmayacaq
- “Dörd nəvəmin hamısı ADA-nı bitirib” - Video
- Bu görüntülər matçı kölgədə qoydu - Video
- Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
- 1055 kilometrlik yola Trampın adını verdilər - Video
- Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi
- Bakıda temperatur 3-4 dərəcə enəcək