Jurnalistə hücumla bağlı Putinə məruzə edildi

16:04 - 4 İyul 2023 - GÜNDƏM

 Jurnalistə hücumla bağlı Putinə məruzə edildi

Çeçenistanda “Novaya qazeta”nın jurnalisti Yelena Milaşina və vəkil Aleksandr Nemova hücum ciddi insidentdir.

BUTA.TV xəbər verir ki, bunu Prezidentin mətbuat katibi Dmitri Peskov deyib.

“Hadisə barədə Rusiya Prezidenti Vladimir Putinə məlumat verilib. İndi məsələ ilə artıq ölkənin İstintaq Komitəsinə və Prokurorluğa müraciət edən Moskalkova (Rusiyada insan hüquqları üzrə müvəkkil Tatyana Moskalkova – red.) məşğul olur”, - o bildirib.

Peskov qeyd edib ki, hüquq-mühafizə orqanları hücuma qiymət verməlidir:

Bu xəbər hal-hazırda çox oxunur
Bəylər Eyyubov yeni vəzifədə

“Əlbəttə, biz kifayət qədər ciddi hücumdan danışırıq”.

Qeyd edək ki, səhər saatlarında “Novaya qazeta”nın jurnalisti Yelena Milaşina və vəkil Aleksandr Nemov hava limanından Qroznıya gedərkən naməlum şəxslərin hücumuna məruz qalıblar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol