Xarici təhlükəsizlik sahəsində problemlərimiz hər birinizə məlumdur və burada biz çox ciddi çağırışlarla üzləşmişik. Eyni zamanda, əminəm ki, hökumətin qəbul etdiyi sülh gündəliyinin alternativi yoxdur, çünki sülh bizim suverenliyimizin və təhlükəsizliyimizin ən etibarlı amilidir.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə xalqa müraciətində deyib.
“Sülh gündəliyinin həyata keçirilməsi sadə səbəbə görə təmin edilmir ki, bu, təkcə bizdən asılı deyil. Biz sülhə nail olmaq üçün bütün qanuni səyləri göstərməliyik. Bu kontekstdə Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi və 29,8 min kv.km əraziyə malik Ermənistan Respublikasının ərazi bütövlüyünün tanınması üçün müvafiq mexanizmlərin yaradılması əsas əhəmiyyət kəsb edir”.
- İspaniya yarımfinalda - Fransaya rəqib olur+Yenilənib
- Emin Kerem Bursinə Bakıda hədiyyə verdi - Video
- “Saatlarla növbə gözlədik, həkim 40 manat tələb etdi” - Açıqlama
- Biləsuvarın bu ərazilərində işıq olmayacaq
- Zeynəbin axtarışlarına helikopter də cəlb olundu - Video
- Prezident beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - Fotolar
- Birinin başı “işlədi”, digərinin “səliqəsi”... - İlk 90 dəqiqə
- “İran istədi, razılaşdıq” - Tramp