“Real” Türkiyə futbolunun gənc istedadı Arda Gülər üçün “Fənərbaxça”ya rəsmi təklif göndərib.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.
Madridlilər 18 yaşlı futtbolçuya görə “Fənər”ə 20 milyon avro + bonuslar ödəməyə hazırdırlar. “Kral klubu”nun rəhbərliyi güman edir ki, bu məbləğ qarşı tərəfi razı sala bilər. Tərəflər arasında danışıqların artıq həlledici mərhələyə qədəm qoyduğu da bildirilir.
Qeyd edək ki, bu xəbər İspaniya mətbuatında gündəm olub. Ölkənin nüfuzlu nəşrləri "Real"ın transfer həmləsini günün əsas hadisəsi kimi qələmə veriblər.
Bunun əsas səbəbi isə "Barselona"nın da Arda Güləri heyətinə qatmaq istəməsidir. Bir neçə gün öncə Kataloniya təmsilçisinin prezidenti Xuan Laporta mətbuata açıqlamasında transferin bir neçə günə rəsmiləşəcəyini də bildirib. Ancaq madridlilərin gözlənilməz həmləsi "Barsa"nın planlarını alt-üst edib. Nəticədə İspaniyada bu gün üçün dərc olunan az qala bütün qəzetlərin manşetlərində Ardanın şəkli və bu xəbər yer alıb.
- İspaniya yarımfinalda - Fransaya rəqib olur+Yenilənib
- Emin Kerem Bursinə Bakıda hədiyyə verdi - Video
- “Saatlarla növbə gözlədik, həkim 40 manat tələb etdi” - Açıqlama
- Biləsuvarın bu ərazilərində işıq olmayacaq
- Zeynəbin axtarışlarına helikopter də cəlb olundu - Video
- Prezident beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - Fotolar
- Birinin başı “işlədi”, digərinin “səliqəsi”... - İlk 90 dəqiqə
- “İran istədi, razılaşdıq” - Tramp