Bakı Baş Gömrük İdarəsinə yeni rəis təyin olunub.
BUTA.TV xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Elmir Ramazanov təyinat alıb.
Dövlət Komitəsindən Report-a məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, E.Ramazanov 1988-ci ildə Bakıda anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatin huquqi tənzimlənməsi fakültəsini bitirib. 2022-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsinə daxil olub.
Əmək fəaliyyətinə ixtisasına uyğun olaraq Vergilər Nazirliyində başlayıb. 2012-ci ildən vergi sistemində inspektor vəzifəsindən başlamaqla müxtəlif postlarda çalışıb. Nəticədə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini vəzifəsinə qədər yüksəlib.
Dövlət Gömrük Komitəsi sədrinin 2022-ci il 15 avqust tarixli əmri ilə Bakı Baş Gömrük İdarəsinin rəis müavini təyin edilib.
Ailəlidir, bir övladı var.
- Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama
- Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi
- Azərbaycanda böyük narazılıq var... - Markov
- Daha bir azərbaycanlı məhkəməyə çıxarıldı
- Rusiya ilə bütün mədəniyyət tədbirləri ləğv edildi
- İran azərbaycanlıların da vətənidir: buna imkan vermərik
- Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi
- Bu qətllə Bakıya bu ismarış göndərildi - Deputat