Fransaya iğtişaşlar zamanı nə qədər ziyan dəyib?

23:34 - 5 İyul 2023 - GÜNDƏM

 Fransaya iğtişaşlar zamanı nə qədər ziyan dəyib?

Fransada kütləvi etirazlar zamanı ümumilikdə 23 878 yanğın törədilib.

BUTA.TV xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Cerald Darmanin Senatda çıxışı zamanı deyib.

“İctimai yerlərdə və o cümlədən zibil qablarında 23 878 yanğın törədilib, 12 031 avtomobil yandırılıb.

İğtişaşlar zamanı 2508 bina zədələnib, onlardan 273-ü hüquq-mühafizə orqanlarına məxsusdur.

500 bələdiyyə binası yandırılıb və ya zədələnib, 168 məktəbə müxtəlif hücumlar edilib, eyni dövrdə Daxili İşlər Nazirliyi yerli hakimiyyət nümayəndələrinə qarşı 17 hücum faktını qeydə alıb", - nazir qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol