Elzanın AYB üzvlüyü, Əbrunun 250 minə toya gəlməsi...

11:50 - 6 İyul 2023 - GÜNDƏM

 Elzanın AYB üzvlüyü, Əbrunun 250 minə toya gəlməsi...

Bir mügənni Yazıçılar Birliyinə qəbul edilir, Söyüdlüdə aksiya baş verir, Şəmkirdə varlı bir adam oğlunun şənliyinə xaricdən 250 min verib müğənni gətirir, cəmiyyət isə bunu ciddi şəkildə müzakirə edir.

BUTA.TV xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Fazil Mustafa deyib.

Deputat ciddi məsələlərin cəmiyyətdə müzakirə edilmədiyini deyib:

“Ciddi məsələ Naxçıvana bilet məsələsidir. Necə olur ki, bu problem həll edilmir? Necə olur ki, Gürcüstandan Türkiyəyə, İstanbula təyyarə bileti 100 manat olduğu halda Bakıda AZAL bu uçusu 700 manata həyata keçirir? Fakt odur ki, bu, ciddi korrupsiyadır. Çünki onlar bu variantla böyük pullar qazanmaq istəyir”.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda böyük narazılıq var... - Markov

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol