Prezident İlham Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
BUTA.TV sərəncamın mətnini təqdim edir:
Dövrün görkəmli ədəbi simalarının və məşhur sənət adamlarının tədrisə cəlb edildiyi Bakı Teatr Məktəbinin bazasında təşkil olunmuş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ölkənin zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Ötən müddət ərzində Universitet milli mədəniyyətin və incəsənətin tərəqqisi işinə mühüm töhfələr vermişdir. Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri arasında bu nüfuzlu təhsil ocağının çox sayda məzunu vardır. Universitetin yetirmələri hazırda respublikamızda və onun hüdudlarından kənarda müvəffəqiyyətlə çalışırlar. Fəaliyyətini dövlətin mədəniyyət və təhsil strategiyalarının hədəflərinə uyğun, müasir tələblər səviyyəsində quran Universitet mədəniyyətin və incəsənətin bütün başlıca sahələrini əhatə edən müvafiq ixtisaslar üzrə genişprofilli şəbəkə formalaşdırmış, həmçinin dünyanın bir sıra ölkələrinin ali təhsil və mədəniyyət mərkəzləri ilə qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri yaratmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli mədəniyyətin, incəsənətin inkişafında və bu istiqamətdə mütəxəssis hazırlığında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xüsusi xidmətlərini nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
- Təyyarənin pəncərəsi sındı, sərnişin yıxılmaqdan son anda xilas edildi - Dəhşətli anlar - Video
- Ronaldonun arzusunu gözündə qoyan “super əvəzedici” - Bu dəfə də xilaskar oldu
- İspaniya yarımfinalda - Fransaya rəqib olur - Yenilənib - Video
- Emin Kerem Bursinə Bakıda hədiyyə verdi - Video
- “Saatlarla növbə gözlədik, həkim 40 manat tələb etdi” - Açıqlama
- Biləsuvarın bu ərazilərində işıq olmayacaq
- Zeynəbin axtarışlarına helikopter də cəlb olundu - Video
- Prezident beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - Fotolar