Azərbaycanda avtomobillərin parklanmasına görə maliyyə dövriyyəsinin şəffaflaşdırılması, rəqəmsallaşmanın və istifadə rahatlığının təmin edilməsi məqsədilə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulur.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, bunun üçün xüsusi mobil tətbiq də istifadəyə veriləcək. İlkin mərhələdə müvafiq əməkdaşlar və könüllülər sürücülərə yeni sistemdən istifadə qaydalarını izah edəcəklər. Parklanmadan gələn gəlirlər sistemin saxlanılmasına, həmçinin dövlət tərəfindən nəqliyyat infrastrukturunun inkişafına yönəldiləcək.
İyunun 25-də Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”ni təsdiq edib.
Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
- Tozlu hava nə vaxta kimi davam edəcək?
- Bakı havasındakı tozun səbəbi - Açıqlandı
- Bakıda küləyin sürəti 28 m/s-dək gücləndi
- Qarabağ suvarma kanalında 33 yaşlı kişi batdı
- Saleh Məmmədovun Almaniyada tikdirdiyi bina - Foto
- Kolumbiya Azərbaycandakı səfirliyini bağlayacaq
- Hərbçimiz vəfat etdi - Foto
- Bakının bu qəsəbələrində qaz olmayacaq