Paşinyan Azərbaycanın Qarabağdan erməni hərbi birləşmələrin çıxarılması tələbinə cavabında iddia edir ki, Qarabağda Ermənistan ordusu yoxdur, silahlı dəstələr separatçıların qondarma “müdafiə ordusu”dur.
Nikol təkzib taktikasını davam etdirsə də, “Qisas 2” əməliyyatında məhv edilən 5 erməni hərbçinin ikisinin Ermənistan ordusunun üzvü olması və meyitlərinin İrəvana göndərilməsi faktı onun iddialarının legitimliyini zəiflədir. Bakı iki erməni hərbçinin meyitini nümayişkəranə formada qaytarmaqla Qarabağda erməni ordusunun qaldığı faktını beynəlxalq müstəvidə göstərdi və onlara qarşı atacağı addımları legitimləşdirdi. Bu faktdan sonra Paşinyanın “Qarabağda erməni ordusu yoxdur” iddiasını yenidən davam etdirməsi o deməkdir ki:
- Qarabağdan çıxarılmayan Ermənistan ordusunun hərbçiləri də terrorçu olaraq qəbul olunacaq;
- Mümkün əməliyyatlarda məhv edilən bu hərbçilərin meyitləri İrəvana qaytarılmayacaq: bu, Paşinyan hökumətini həmin hərbçilərin ailələri qarşısında çətin vəziyyətə sala bilər, 44 günlük müharibədən sonra Ermənistan hökumətinin ölən hərbçilərin yaxınları ilə problemləri hələ də davam edir.
Nikolun iddiasından əl çəkməməsi və erməni qoşunlarını çıxarmaması Azərbaycana məsələni hərbi müstəvidə həll etməkdən başqa çıxış yolu qoymur.
- Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama
- Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi
- Azərbaycanda böyük narazılıq var... - Markov
- Daha bir azərbaycanlı məhkəməyə çıxarıldı
- Rusiya ilə bütün mədəniyyət tədbirləri ləğv edildi
- İran azərbaycanlıların da vətənidir: buna imkan vermərik
- Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi
- Bu qətllə Bakıya bu ismarış göndərildi - Deputat