Ukrayna ordusu Baxmutda rusların hücumunu dəf etdi

21:10 - 6 İyul 2023 - GÜNDƏM

 Ukrayna ordusu Baxmutda rusların hücumunu dəf etdi

Ukrayna Silahlı Qüvvələri Baxmut şəhərinin cənubunda və şimalında hücum əməliyyatlarını davam etdirir və əldə olunan mövqelərdə möhkəmlənir.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Feysbuk səhifəsində məlumat verilib.

Qeyd olunur ki, düşmən əsas səylərini Liman, Baxmut, Avdeyev və Marinski istiqamətlərində cəmləşdirir və orada gün ərzində 20 toqquşma baş verib.

Baxmut istiqamətində düşmənin ağır hava və artilleriya atəşi altında ukraynalı müdafiəçilər İvanovskoye və Ağ Dağ ərazilərində düşmənin hücumlarını uğurla dəf etdilər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol