Mirzoyan fransalı həmkarı ilə nələri danışdı?

22:18 - 6 İyul 2023 - GÜNDƏM

 Mirzoyan fransalı həmkarı ilə nələri danışdı?

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və fransalı həmkarı Ketrin Kolonna arasında telefon danışığı baş tutub.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Tərəflər regional təhlükəsizlik və sabitlik məsələlərini müzakirə edib.

Bildirilib ki, söhbət zamanı Mirzoyan fransalı həmkarına Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində baş verən son prosesləri açıqlayıb.

Həmçinin Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası, eləcə də regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasına toxunulub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol