Fransa Prezidenti Emmanuel Makronun Marseldə erməni diasporu ilə görüşdə Azərbaycan əleyhinə açıqlamaları, o cümlədən “mən Nikol Paşinyandan daha çox İlham Əliyevə təzyiq edirəm” sözləri Fransa-Azərbaycan münasibətlərinin normallaşma imkanlarına zərbə vurdu. Halbuki Fransa xarici işlər naziri Ketrin Kolonna 26 apreldə Azərbaycana səfəri zamanı iki ölkə arasında əməkdaşlığın genişlənməsi barədə danışmışdı. Bakı Parislə münasibətləri normallaşdırmağa hazır idi. Ancaq Emmanuel Makronun Marseldəki açıqlamaları normallaşma ümidlərinin üstündən xətt çəkdi.
BUTA.TV xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev buna cavab olaraq Qoşulmama Hərəkatının nazirlərinin Bakı toplantısında sərt tənqid etdiyi Fransanın adını 17 dəfə hallandırıb:
“Dövlət başçısı çıxışında bir başqa dövlətin adını mənfi mənada çəkməyib. Bakıda konfransa Fransanın müxtəlif adalardakı koloniyalarının nümayəndələri də iştirak edirdilər. Onlar da çıxışlarında Fransanın sərt tənqid etdilər. Bakıda onların iştirakı ilə dəyirmi masa və Fransanın kolonist siyasətinə aid fotosərgi keçirilib. Makrona mesaj belədir: Evin şüşədəndirsə, başqasına daş atma!”
- Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi
- Azərbaycanda böyük narazılıq var... - Markov
- Daha bir azərbaycanlı məhkəməyə çıxarıldı
- Rusiya ilə bütün mədəniyyət tədbirləri ləğv edildi
- İran azərbaycanlıların da vətənidir: buna imkan vermərik
- Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi
- Bu qətllə Bakıya bu ismarış göndərildi - Deputat
- Rusiyada azərbaycanlıların məhkəməsi başladı