Bu ildən etibarən təkcə ibtidai sinifdə oxuyanlarla yanaşı yuxarı siniflərdə oxuyanlar da vahid məktəbli forması geyinəcək.
BUTA.TV xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlamasında "Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov yeni tədris ili üçün məktəbli formaları artıq hazırlandığını bildirib.
Onun sözlərinə görə, bu il forma qıtlığı olmayacaq:
"Ötən il gec olduğuna görə paltar üçün çox material tapa bilmədik. Lakin bu il kifayət qədər materialımız var. Bakıda 8 dükan var. Bölgələrdə də dükanlar açmağı planlaşdırırıq. Hələlik danışıqlar gedir. Lənkəran, Astara, Cəlilabad, Qəbələ, Şamaxı, Qax, Ağsu, Balakəndə açmağı planlayırıq. Atıq İsmayıllıda bir aya yaxındır ki, dükan fəaliyyət göstərir".
Qeyd edək ki, hazırda məktəbli formalarına daxil olan köynəklər 15 manat, ətək və şalvarlar 25 manat, jaketlərin isə 30 manatdır.
- Təyyarənin pəncərəsi sındı, sərnişin yıxılmaqdan son anda xilas edildi - Dəhşətli anlar - Video
- Ronaldonun arzusunu gözündə qoyan “super əvəzedici” - Bu dəfə də xilaskar oldu
- İspaniya yarımfinalda - Fransaya rəqib olur - Yenilənib - Video
- Emin Kerem Bursinə Bakıda hədiyyə verdi - Video
- “Saatlarla növbə gözlədik, həkim 40 manat tələb etdi” - Açıqlama
- Biləsuvarın bu ərazilərində işıq olmayacaq
- Zeynəbin axtarışlarına helikopter də cəlb olundu - Video
- Prezident beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - Fotolar