Pənahov Özbəkistanda prezident seçkilərini müşahidə edəcək

15:54 - 8 İyul 2023 - GÜNDƏM

 Pənahov Özbəkistanda prezident seçkilərini müşahidə edəcək

Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti Özbəkistanda prezident seçkilərini müşahidə edəcək.

Bu barədə BUTA.TV-a MSK Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, Komissiya sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Mərkəzi Seçki Komissiyası sədrinin dəvətinə əsasən iyulun 8-də Daşkəndə səfərə yola düşüb.

Səfərin başlıca məqsədi sədr M.Pənahovun özbəkistanlı həmkarı ilə görüşünün keçirilməsi və bu ölkədə 2023-cü il iyulun 9-da növbədənkənar prezident seçkilərini beynəlxalq müşahidəçi qismində izləməkdir.

Bu xəbər hal-hazırda çox oxunur
Aleksey Overçukun Azərbaycana səfəri ləğv edildi

Qeyd edilib ki, səfər çərçivəsində Azərbaycan MSK sədrinin Özbəkistanda seçkilərin müşahidəsində iştirak edən təşkilatların və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.

MSK-nin nümayəndələri, həmçinin Türk Dövlətləri Təşkilatı və Müstəqil Dövlətlər Birliyinin seçki müşahidə missiyalarında da təmsil olunurlar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol