“Azov” rəhbərlərinin Türkiyədən Ukraynaya qayıtması mövcud razılaşmaların şərtlərinin pozulmasıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Azovçuların liderlərinin Türkiyədən Ukraynaya qayıtması mövcud razılaşmaların şərtlərinin birbaşa pozulmasından başqa bir şey deyil. Üstəlik, bu halda şərtləri həm Ukrayna, həm də Türkiyə pozub”, - Peskov bildirib.
Kreml sözçüsü əlavə edib ki, “Azov” batalyonunun rəhbərlərinin Türkiyədən Ukraynaya köçürülməsi barədə Rusiyaya heç kim məlumat verməyib:
“Bu barədə bizə heç kim məlumat verməyib. Razılaşmaların şərtlərinə görə, “Azov” liderləri münaqişə bitənə qədər Türkiyə ərazisində qalmalı idilər”.
Qeyd edək ki, Türkiyədən səfərdən geri qayıdan Ukrayna lideri Vladimir Zelenski Mariupolu müdafiə edən əfsanəvi “Azov” batalyonunun rəhbərlərini özü ilə Ukraynaya apardığını elan edib. Şərtlərə görə isə əsirlikdən azad edilən azovçular müharibə bitənə qədər Türkiyədə qalmalı idi.
- Bakıda iki motosiklet toqquşdu: 22 yaşlı sürücü öldü
- Fatimənin qatili hava limanında saxlanıldı - Video
- Tiflisdə hadisə: Azərbaycan dilində danışdı, bıçaqlandı - Video
- Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışı oldu
- İlham Əliyev Laçında "Həkəriçay" su anbarının təməlini qoydu
- Monteneqroda ağır cinayət: Bakıda DNT tədqiqatı aparıldı
- Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - Video
- Qobustanda ağır qəza: ölən var - Video