Üçüncü Dünya müharibəsinin qarşısını ala biləcək yeganə şəxs mənəm.
BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti Donald Tramp Ayova ştatında tərəfdarları qarşısında keçirilən mitinqdə bildirib.
“Biz üçüncü dünya müharibəsinə doğru gedirik. Bu müharibənin qarşısını ala biləcək şəxs mənəm", - eks-prezident bildirib.
O, bir daha bəyan etdi ki, 2024-cü il prezident seçkilərində qalib gəlsə, 24 saat ərzində Ukraynada müharibəyə son qoyacaq:
"Hər kəs maraqlanır ki, mən bunu edə bilərəmmi. Təbii ki, bacarıram".
ABŞ-ın keçmiş prezidenti Ukrayna böhranında tərəf tutmadığını da vurğulayıb:
“Bilirsinizmi mən hansı tərəfdəyəm? İstəyirəm ki, insanlar ölməkdən əl çəksin, mən kimin tərəfindəyəm”.
- Günay Novruzqızına vəzifə verildi
- Xırdalanda minik avtomobili sərnişin avtobusuna çırpıldı - Video
- Balakəndə su dolmuş ərazilər təmizlənir - Video
- İstirahət günü hava necə olacaq?
- Masallıda atdan yıxılan 49 yaşlı kişi öldü
- Həftəsonu çimərliyə getmək istəyənlərin nəzərinə!
- Fatimənin xalası oğlu Batumidə tutuldu - Video
- Bakıda iki motosiklet toqquşdu: 22 yaşlı sürücü öldü