Rusların maddi-texniki təminatını pozmaq üçün Krım körpüsünə ilk zərbə endirilməsindən 273 gün keçib.
BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Teleqram kanalında yazıb.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk Ukraynanın hücumda iştirakından danışıb. O, Ukraynanın Krım körpüsündə “müəyyən tədbirlər” keçirdiyini deyib.
Xatırladaq ki, 2022-ci il oktyabrın 8-də Krım körpüsündə yük maşını partladılıb. Nəticədə dəmir yolu qatarının 7 yanacaq çəni yanıb, körpünün iki avtomobil aşırımı qismən dağılıb. Rusiya Prezidenti Vladimir Putin hadisəni terror aktı adlandırıb.
- Xırdalanda minik avtomobili sərnişin avtobusuna çırpıldı - Video
- Balakəndə su dolmuş ərazilər təmizlənir - Video
- İstirahət günü hava necə olacaq?
- Masallıda atdan yıxılan 49 yaşlı kişi öldü
- Həftəsonu çimərliyə getmək istəyənlərin nəzərinə!
- Fatimənin xalası oğlu Batumidə tutuldu - Video
- Bakıda iki motosiklet toqquşdu: 22 yaşlı sürücü öldü
- Fatimənin qatili hava limanında saxlanıldı - Video