Rusiyada dəhşətli yanğın: 283 min hektarı əhatə etdi

14:16 - 9 İyul 2023 - GÜNDƏM

 Rusiyada dəhşətli yanğın: 283 min hektarı əhatə etdi

Bu gün səhərə olan məlumata görə, Yakutiyada meşə yanğınlarının sahəsi ümumilikdə 282 969,5 hektar təşkil edib.

BUTA.TV xəbər verir ki, bu barədə respublika hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Hazırda respublika ərazisində ümumi sahəsi 282 969,5 hektar olan 166 meşə yanğını və ümumi sahəsi 256 hektar olan bir landşaft (təbii) yanğını var”, - deyə məlumatda bildirilir.

İndiyə qədər 6 min hektardan çox sahədə 10 meşə yanğını söndürülüb.

Hazırda yanğınsöndürmə işlərinə 16 təyyarə cəlb edilib. Maqadandan federal "Avialesooxrana"nın əməkdaşlarının, həmçinin iki yanğınsöndürmə təyyarəsinin gələcəyi vəd edilib.

Meşə yanğınlara ilə bağlı regional xarakterli fövqəladə vəziyyət rejimi mövcuddur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol