Sudan və İran yaxın vaxtlarda diplomatik əlaqələrin bərpası və səfirliklərin açılması barədə razılığa gəliblər.
BUTA.TV xəbər verir ki, bu qərar Azərbaycanda Sudanın xarici işlər naziri Əli əs-Sadiq ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında aparılan danışıqlarda qəbul edilib.
Rəsmi olaraq isə bunu İranın xarici işlər naziri rəsmi səfərlə gəldiyi Əlcəzairdə mətbuat konfransında bildirib.
Münasibətlərin bərpası Ər-Riyad və Tehran arasında normallaşma fonunda baş verir. Sudan 2016-cı ildə Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumdan sonra İranla diplomatik əlaqələri kəsib. Bu ilin martında Səudiyyə Ərəbistanı və İran Çinin vasitəçiliyi ilə əldə olunan razılaşmanın bir hissəsi olaraq mart ayında münasibətləri bərpa etmək barədə razılığa gəliblər. Əs-Sadiq və Abdullahian arasında görüş Bakıda Qoşulmama Hərəkatının nazirlər görüşü çərçivəsində baş tutub.
- İlham Əliyev Şuşada "Yasəmən" otelinin yeni korpusları ilə tanış oldu
- 4 ilə bu qədər dəyişdi - Fotolar
- Prezident Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu
- Naxçıvan-Sədərək magistralında maşın yandı - Foto
- İlham Əliyev "Sadıqcanın evi"nin açılışında iştirak etdi
- Narkotikin təsiri altında maşın sürən şəxs sürücü saxlanıldı
- BTQ bu institutla memorandum imzalandı - Foto
- Kiçik Qaladərəsi və uşaqları... - Səmimi fotolar