Ukrayna Müdafiə Qüvvələri Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatını davam etdirir, əldə olunan xətlərdə möhkəmlənir və əks-hücum tədbirləri həyata keçirir.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Düşmən gün ərzində Ukrayna qoşunlarının mövqelərinə və yaşayış məntəqələrinə 27 hava zərbəsi endirib, çoxsaylı reaktiv yaylım atəş sistemlərindən 37 hücum həyata keçirib. Dinc əhali arasında ölən və yaralananlar var, yaşayış binaları və digər mülki infrastruktur dağıdılıb. Düşmən əsas səylərini Liman, Baxmut, Avdeyev və Marinsk istiqamətlərində cəmləşdirir, ağır döyüşlər davam edir. Gün ərzində 27 döyüş toqquşması baş verib",- məlumatda deyilir.
- İlham Əliyev Şuşada "Yasəmən" otelinin yeni korpusları ilə tanış oldu
- 4 ilə bu qədər dəyişdi - Fotolar
- Prezident Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu
- Naxçıvan-Sədərək magistralında maşın yandı - Foto
- İlham Əliyev "Sadıqcanın evi"nin açılışında iştirak etdi
- Narkotikin təsiri altında maşın sürən şəxs sürücü saxlanıldı
- BTQ bu institutla memorandum imzalandı - Foto
- Kiçik Qaladərəsi və uşaqları... - Səmimi fotolar