Gürcüstanın Qori şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb. Azərbaycan millisinin 8 idmançısından 7-si yarışı medalla başa vurub.
BUTA.TV xəbər verir ki, komandamızın heyətində Ramal Yolçuyev (48 kq) və Nadir Məlikov (60 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Sabir Dadaşov (51 kq), Ənəs Ağayev (54 kq), Əli Alıyev (57 kq), Ayxan Əliyev (67 kq) və İlfan Xəlilli (80 kq) isə bürünc medala sahib olublar.
Qeyd edək ki, yığma iyulun 10-da Bakıya qayıdacaq.
- İlham Əliyev Şuşada "Yasəmən" otelinin yeni korpusları ilə tanış oldu
- 4 ilə bu qədər dəyişdi - Fotolar
- Prezident Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu
- Naxçıvan-Sədərək magistralında maşın yandı - Foto
- İlham Əliyev "Sadıqcanın evi"nin açılışında iştirak etdi
- Narkotikin təsiri altında maşın sürən şəxs sürücü saxlanıldı
- BTQ bu institutla memorandum imzalandı - Foto
- Kiçik Qaladərəsi və uşaqları... - Səmimi fotolar