Havanın maksimal temperaturu iyulun 9-da Bakıda iqlim normasından 8 dərəcə yuxarı olub.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da 40 dərəcəyədək isti, aran rayonlarında 42 dərəcəyədək isti, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.
Həmçinin iyulun 10-u saat 11:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb.
Düşən yağıntının miqdarı Balakən, Gədəbəy, Daşkəsən, Gəncədə 5 mm-dək olub.
Şimal-qərb küləyi arabir Şərurda 20 m/s, Mingəçevirdə 19 m/s, Ceyrançöl, Bərdə, Naftalanda 18 m/s, Yevlaxda 15 m/s-dək güclənib.
- Heyvanlarla bağlı yeni tələblər daxili daşımalara şamil edilir?
- Güclü külək əsəcək – Xəbərdarlıq
- İlham Əliyev Şuşada "Yasəmən" otelinin yeni korpusları ilə tanış oldu
- 4 ilə bu qədər dəyişdi - Fotolar
- Prezident Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu
- Naxçıvan-Sədərək magistralında maşın yandı - Foto
- İlham Əliyev "Sadıqcanın evi"nin açılışında iştirak etdi
- Narkotikin təsiri altında maşın sürən şəxs sürücü saxlanıldı