Vatsapa 2 yeni xüsusiyyət gəlir

18:18 - 10 İyul 2023 - GÜNDƏM

 Vatsapa 2 yeni xüsusiyyət gəlir

Axtardığı söhbəti tətbiqdə tapa bilməyən və hər zaman eyni emojilərdən istifadə etməkdən bezənlərə Vatsap yeni təkliflər təqdim edib.

BUTA.TV xəbər verir ki, bu barədə Vatsap tərtibatçıları məlumat yayıb.

Belə ki, Vatsap söhbətləri kateqoriyalara bölünəcək. Vatsapın Android Beta versiyasında ortaya çıxan yeni funksiyalardan birincisi Vatsapdan daha rahat istifadə etməyə imkan verəcək söhbət kateqoriyası olacaq. Vatsap keçmiş söhbətləri tapmaqda çətinlik çəkənlər üçün proqrama söhbət filtrlərini gətirir.

Hələ ki, "Oxunmamış", "Şəxsi" və "İş" adlı 3 fərqli mövzuya bölünən söhbət filtrlərinə kliklədiyiniz zaman yalnız həmin kateqoriyadakı çatların siyahıya alındığını görəcəksiniz. Bu funksiya iş və təsadüfi söhbətləri ayırmaq üçün faydalı olsa da, "qruplar" üçün filtrin olmaması çatışmazlıq sayıla bilər. Təfərrüatın tezliklə ortaya çıxacağı gözlənilir.‍

Həmçinin, Vatsap daha rəngarəng söhbət üçün stiker təklifləri təqdim edəcək. Android Beta versiyasında ortaya çıxan bu xüsusiyyət vasitəsilə istifadə etdiyiniz emojiyə uyğun olaraq stiker təkliflərini görə biləcəksiniz.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol