Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 10-u saat 17:00-a olan məlumatına əsasən, Daşkəsən, Göygöldə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Xidmətdən BUTA.TV-a bildirilib ki, saat 16:33-16:34 radələrində Daşkəsən rayonuna diametr 12 millimetr olan dolu düşüb.
Şimal-qərb küləyi arabir Gəncədə 24 metr/saniyə, Goranboyda 22 metr/saniyə, Şirvan, Göyçayda 20 metr/saniyə, Tərtərdə 18 metr/saniyə, İsmayıllı, Ağdamda 16 metr/saniyə, Bakıda və Abşeron yarımadasında 23-27 metr/saniyəyədək güclənib.
Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.0 metrə çatıb.
- İlham Əliyev Quzeyxırman kəndində oldu
- Heyvanlarla bağlı yeni tələblər daxili daşımalara şamil edilir?
- Güclü külək əsəcək – Xəbərdarlıq
- İlham Əliyev Şuşada "Yasəmən" otelinin yeni korpusları ilə tanış oldu
- 4 ilə bu qədər dəyişdi - Fotolar
- Prezident Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu
- Naxçıvan-Sədərək magistralında maşın yandı - Foto
- İlham Əliyev "Sadıqcanın evi"nin açılışında iştirak etdi