Rusiyanın keçmiş yüksək rütbəli məmuru Anatoli Çubays ilə Moskva vilayətində Çubaysın sarayının tikintisinə kömək edən sahibkar İlya Suçkovun səs yazısı yayılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Səs yazısında Çubays Suçkova məlumat verir ki, o, Ruben Vardanyana Moskva yaxınlığındakı Peredelkinodakı malikanəni satmaqla çirkli pulların yuyulması sxemini hazırlamağı və idarə etməyi tapşırıb:
“35-36 milyon dollar dəyərində olan malikanə Çubaysın tərəfdaşlarına - Boris Mints və onun oğluna Çubaysın sahibi olduğu İsveçrədəki saxta şirkət vasitəsilə 7-8 milyon dollara satılmalı və bundan sonra şirkət iflas etməli idi. Ancaq Çubays və Suçkov bu işdə səhv etdikləri üçün Vardanyanı işə cəlb etməli olublar. Ona tapşırılıb ki, vergilərin bir hissəsini ödəməkdən yayınmaq üçün satış sxemini modernləşdirmək məqsədilə hansısa “sehrbaz diplomatiya” üsulundan istifadə etsin”.
- İlham Əliyev Quzeyxırman kəndində oldu
- Heyvanlarla bağlı yeni tələblər daxili daşımalara şamil edilir?
- Güclü külək əsəcək – Xəbərdarlıq
- İlham Əliyev Şuşada "Yasəmən" otelinin yeni korpusları ilə tanış oldu
- 4 ilə bu qədər dəyişdi - Fotolar
- Prezident Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu
- Naxçıvan-Sədərək magistralında maşın yandı - Foto
- İlham Əliyev "Sadıqcanın evi"nin açılışında iştirak etdi