Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Naxçıvan Muxtar Respublikasında səfər çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun Sədərək rayonunda yerləşən hərbi hissəsində olub, hərbi qulluqçularla görüşüb.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən bildirilib.
Hərbi qulluqçularla söhbət zamanı Baş Prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycanın bütün sahələrdə durmadan inkişaf etdiyini, günbəgün daha da qüdrətləndiyini bildirib və bunun parlaq nümunəsi kimi 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın Müzəffər sərkərdəliyi altında xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində rəşadətli Ordumuzun torpaqlarımızı düşmən işğalından azad etdiyini vurğulayıb.
Baş Prokuror K.Əliyev şəxsi heyətin xidmətinin təşkili və məişət şəraiti ilə maraqlanıb, müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti, mövcud topoqrafik və taktiki şəraitlə tanış olub.
Görüş zamanı hərbi qulluqçulara hədiyyələr təqdim edilib. Əsgərlər hərbi hissədə yaradılan müasir maddi-texniki təminata və təchizata görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
- İlham Əliyev Quzeyxırman kəndində oldu
- Heyvanlarla bağlı yeni tələblər daxili daşımalara şamil edilir?
- Güclü külək əsəcək – Xəbərdarlıq
- İlham Əliyev Şuşada "Yasəmən" otelinin yeni korpusları ilə tanış oldu
- 4 ilə bu qədər dəyişdi - Fotolar
- Prezident Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu
- Naxçıvan-Sədərək magistralında maşın yandı - Foto
- İlham Əliyev "Sadıqcanın evi"nin açılışında iştirak etdi