1979-cu il inqilabından sonra İranda 20.500 kənd tamamilə dağılıb və əhalisi şəhərlərə köçmək məcburiyyətində qalıb.
BUTA.TV xəbər verir ki, bu barədə İranın Məsləhət Şurasının üzvü Əli Ağaməhəmmədi İran televiziyasına müsahibəsində deyib.
“İnqilabın əvvəlində 60 min kəndimiz var idi, indi isə 39 min 500 kənd qalıb və onlardan 13 mini gəlir çatışmazlığına görə dağılmaq təhlükəsilə üz-üzədir”, - o bildirib.
Qeyd edək ki, bir neçə gün öncə İranın energetika nazirinin parlament işləri və hüquqi məsələlər üzrə müavini Əhməd Heydəri ölkədə mövcud olan kəndlərin yarısının su böhranı ilə üzləşdiyini, bunun kəndlilərin mühacirətinə səbəb olacağı ilə bağlı xəbərdarlıq edib.
- Sahil Babayev Kerem Bursinlə bir arada - Video
- Sabah çimərliyə getmək istəyənlərin diqqətinə!
- “O biri qız hanı? Onunla ayrı çəkdirərik” - Video
- İlham Əliyev Quzeyxırman kəndində oldu
- Heyvanlarla bağlı yeni tələblər daxili daşımalara şamil edilir?
- Güclü külək əsəcək – Xəbərdarlıq
- İlham Əliyev Şuşada "Yasəmən" otelinin yeni korpusları ilə tanış oldu
- 4 ilə bu qədər dəyişdi - Fotolar