Amerikada qadınların hüquqlarının kobud şəkildə pozulmasına görə narahatıq.
BUTA.TV xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisinin qadınlar üzrə müavini Ənisə Xəzəli yerli mediaya müsahibəsində deyib.
O, qadınların hüquqlarını pozan dövlətlər siyahısında Amerikanın birinci yerdə dayandığını iddia edib.
Xəzəli, həmçinin, Amerikanın İranda qadın hüquqlarının pozulması ilə bağlı bəyanatlarını “böhtan” adlandırıb.
Qeyd edək ki, Xəzəlinin bundan əvvəl azyaşlı qız uşaqlarının evləndirilməsinin faydaları barədəki çıxışları iranlı qadınların istehzası və etirazına səbəb olub.
- Sahil Babayev Kerem Bursinlə bir arada - Video
- Sabah çimərliyə getmək istəyənlərin diqqətinə!
- “O biri qız hanı? Onunla ayrı çəkdirərik” - Video
- İlham Əliyev Quzeyxırman kəndində oldu
- Heyvanlarla bağlı yeni tələblər daxili daşımalara şamil edilir?
- Güclü külək əsəcək – Xəbərdarlıq
- İlham Əliyev Şuşada "Yasəmən" otelinin yeni korpusları ilə tanış oldu
- 4 ilə bu qədər dəyişdi - Fotolar