Taliban ABŞ silahlarını İrana satır

16:52 - 11 İyul 2023 - GÜNDƏM

 Taliban ABŞ silahlarını İrana satır

NATO və Amerika hərbi qüvvələrinin Əfqanıstanda qoyub çıxdığı silahların Taliban tərəfindən İrana satılması ilə bağlı məlumatlar yayılıb.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol CNN-ə müsahibəsində bildirib.

ABŞ Prezidenti Co Baydenin Amerika qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı qərarını sərt tənqid edən Makkol yalnız Baqram şəhərində yeddi milyard dollardan artıq hərbi texnikanın qaldığını deyib.

“Hazırda Talibanın bu texnikanı ABŞ düşmənlərinə, o cümlədən İran və Fələstinə satması ilə bağlı dəlillər var”, - Maykl Makkol iddia edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol