“Qarabağ”a çətinliklər yaratmağa çalışacağıq - Munyos

17:18 - 11 İyul 2023 - GÜNDƏM

 “Qarabağ”a çətinliklər yaratmağa çalışacağıq - Munyos

Cəbəllüttariqin “Linkoln” klubunun baş məşqçisi Xavi Munyos Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la ilk oyundan öncə fikirlərini bildirib.

BUTA.TV xəbər verir ki, klubun televiziyasına danışan ispaniyalı mütəxəssis Azərbaycan təmsilçisi ilə eyni səviyyədə oynamağa çalışacaqlarını söyləyib.

“Rəqibimiz güclüdür. “Qarabağ” bizim üçün çətinlik yarada bilər. Onlar təcrübəlidirlər. Amma biz də “Linkoln”uq. “Qarabağ”la eyni səviyyədə oynamağa çalışacağıq. Ümidliyik və qələbə əzmindəyik. Onlara çətinliklər yaratmağa çalışacağıq. Çox həyəcanlıyam və matça ümidlə baxıram. Əsas hədəfimiz mümkün qədər irəli getməkdir. Çətin olacaq, amma bu, bizim arzumuz və xəyallarımızdır”.

Qeyd edək ki, bu gün oynanılacaq “Linkoln”-“Qarabağ” matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol