ABŞ qanunvericiləri F-16 qırıcılarının Türkiyəyə satışına razılaşa bilər. Bunun üçün Ankara qırıcıları NATO müttəfiqlərinə qarşı istifadə etməyəcəyinə və F-16-lardan istifadə ilə bağlı əsas öhdəliklərə zəmanət verməlidir.
BUTA.TV xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.
Məlumata görə, Bayden administrasiyası Türkiyənin İsveçin NATO-ya daxil olması ilə bağlı razılığı fonunda bu sazişin təsdiqlənməsini müdafiə edib:
“Lakin Bayden ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsindəki respublikaçılar və demokratların dəstəyi olmadan qırıcıları sata bilməz. Əvvəllər Türkiyəyə qırıcıların göndərilməsinə qarşı çıxan senatorlar isə bu məsələ ilə bağlı mövqelərini yumşaltmağa başlayıblar. Əsas narahatlıqlardan biri ABŞ-ın verdiyi qırıcılardan Türkiyənin necə istifadə edəcəyidir. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri, ermənipərəst senator Robert Menendez xüsusilə qeyd edib ki, o, Ankaradan F-16-ların təkcə Yunanıstana deyil, NATO-dakı hər hansı müttəfiqə qarşı istifadə olunmayacağına zəmanət verməsini gözləyir”.
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?
- Pensiya ilə bağlı vacib açıqlama
- Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
- Ov tüfənglərinin saxlanması üçün xüsusi məntəqələr yaradılır?
- Sahil Babayev Kerem Bursinlə bir arada - Video
- Sabah çimərliyə getmək istəyənlərin diqqətinə!
- “O biri qız hanı? Onunla ayrı çəkdirərik” - Video
- İlham Əliyev Quzeyxırman kəndində oldu