Paytaxtın Nigar Rəfibəyli küçəsində (Fəvvarələr meydanı) yeni obyektin tikintisi ilə bağlı görüntülər yayılıb.
BUTA.TV xəbər verir ki, görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən narazılığa səbəb olub.
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi məsələ ilə bağlı yaydığı açıqlamada tikinti işlərinin artıq dayandırıldığını bildirib:
“Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Nigar Rəfibəyli küçəsində (Fəvvarələr meydanı) şəhərsalma nəzarəti qaydasında monitorinq zamanı heç bir razılıq olmadan tikinti işlərinin aparıldığı müəyyən edilərək dərhal dayandırılıb”, - məlumatda qeyd olunub.
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı
- Sabahın havası bu insanlar üçün əlverişlidir