Zərdabda avqustun 25-də Kür çayında batan 14 yaşlı Əsma Müzəffərlinin meyiti tapılıb.
BUTA.TV xəbər verir ki, onun meyiti ötən gün axşam saatlarında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, 2009-cu il təvəllüdlü Əsma Müzəffərli bir neçə gün öncə Bakıdan Zərdaba nənəsigilə qonaq gəlib. O, Kür çayının sahilində yellənçəkdə yellənmək istəyərkən ehtiyatsızlığa yol verib, nəticədə yeniyetmə suya düşərək boğulub. Fakt araşdırılır.
- Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
- 1649-cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Rusiyalı deputat nüvə silahı ilə hədələdi
- Makronun reytinqi kəskin azaldı
- Ancelina Coli Ukraynaya səfər etdi
- “Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq
- Szinpin bu türk ölkəsinə səfər etdi
- Ukraynanın məğlubiyyəti yaxınlaşır - Peskov