Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi ölkədə Tiktok sosial şəbəkəsini bloklamaq qərarına gəlib.
BUTA.TV xəbər verir ki, buna səbəb kimi qeyri-hökumət təşkilatlarından Tiktok sosial şəbəkəsinin uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsiri ilə bağlı şikayətlərin getdikcə artması göstərilib.
Təşəbbüs müəlliflərinin sözlərinə görə, yeniyetmələr Tiktok videolarına baxdıqdan sonra bəzilərinin həyatı üçün təhlükə yaradan müəyyən videoları təkrarlamağa çalışırlar.
Bundan əlavə, bildirilib ki, sosial şəbəkə aludəçiliyə səbəb olmaqla, gənc nəslin emosional vəziyyətinə mənfi təsir göstərir.
- Ermənistan “qırmızı xətlərə” hörmət etdiyini deyir – Arakçı
- Tramp 907-ci maddənin fəaliyyətini rəsmən dayandırdı
- Qardaşımın nəşi indiyədək tapılmayıb - Zərərçəkmiş şəxs
- Overçuk Zəngəzura görə İrəvana gəlir
- Ukraynaya növbəti humanitar yardım göndərildi
- İrəvan seçim etməli olacaq - Rusiyadan xəbərdarlıq
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı gözlənilməz: Dəstək verdi
- İrəvanda AB-nin müşahidə missiyası fəaliyyətini davam etdirəcək