Azərbaycan yaxşı futbol oynayan komandalardan biridir.
BUTA.TV xəbər verir ki, bunu İordaniya millisinin baş məşqçisi Hüsseyn Ammuta Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.
"Norveçlə oyundan sonra Azərbaycanla matça hazırlaşmaq üçün cəmi iki məşq keçmək imkanımız var. Bilirik ki, Azərbaycan Avropanın güclü komandalarından biri deyil. Buna baxmayaraq, rəqibə hörmətlə yanaşırıq. Sabahkı matçda yaxşı nəticə qazanıb, təlim-məşq toplanışını uğurlu bitirmək istəyirik", - Ammuta bildirib.
Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan - İordaniya qarşılaşması saat 20:00-da start götürəcək.
- Hərbi Prokurorluqda əməliyyat müşavirəsi oldu
- Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi
- Nazirlər Kabineti peşəkar mühasiblərə dair qərarını dəyişdi
- Baş nazirdən yeni qərar...
- Ucuz mənzillər hələ də satışdadır - Video
- Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək
- Təltif edilmiş əməkdaşlara vəsiqələr və medallar təqdim olunub
- “ABB-Qarabağ FK” kobrend kartını artıq ABB-dən sifariş etmək olar