Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində düşmənin şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi ərazilərə 7 zərbə endirib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Həmçinin bildirilib ki, ötən gecə Rusiya İrana məxsus “Şahid” PUA-ları ilə növbəti hava hücumu həyata keçirib. Hava hücumundan müdafiə qüvvələri 12 “Şahid”i məhv edib.
"Düşmən ümumilikdə 10 raket və 46 hava zərbəsi endirib. Qoşunlarımızın mövqelərinə və yaşayış məntəqələrinə çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 37 zərbə endirib. Rusiya terrorçularının hücumları nəticəsində təəssüf ki, mülki əhali arasında ölən və yaralananlar var. Yaşayış binaları dağıdılıb, evlərə və digər mülki infrastruktura ziyan dəyib”, - məlumatda vurğulanıb.
- Hərbi Prokurorluqda əməliyyat müşavirəsi oldu
- Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi
- Nazirlər Kabineti peşəkar mühasiblərə dair qərarını dəyişdi
- Baş nazirdən yeni qərar...
- Ucuz mənzillər hələ də satışdadır - Video
- Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək
- Təltif edilmiş əməkdaşlara vəsiqələr və medallar təqdim olunub
- “ABB-Qarabağ FK” kobrend kartını artıq ABB-dən sifariş etmək olar