ABŞ İrana qaytarılmış 6 milyard dolların hansı məqsədlər üçün istifadə ediləcəyini yaxından izləyəcək və lazım bildiyi təqdirdə yenidən həmin vəsaitləri dondurmaq haqqını özündə saxlayır.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller deyib.
"Biz bu vəsaitlərin necə xərcləndiyinə nəzarət etməkdə ayıq olmaq niyyətindəyik. Lazım gələrsə, onları yenidən dondurmaq imkanımız var", - Miller bildirib.
Qeyd edək ki, “Nyu York Tayms” İran və ABŞ-ın məhbusların mübadiləsi ilə bağlı razılığa gəldiyini, həmçinin Tehranın humanitar məqsədlərə istifadə üçün 6 milyard dollar dəyərində dondurulmuş aktivlərə də çıxış əldə edəcəyini yazmışdı.
Lakin İran Prezidenti İbrahim Rəisi həmin vəsaitlərdən ABŞ-ın gözləntilərindən asılı olmayaraq lazım bildikləri formada istifadə edəcəklərini açıqlayıb.
- Hərbçimiz həlak oldu - Fotolar
- 99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
- Bağçalarla bağlı yeni qayda təsdiqləndi
- Günün qəhrəmanlarının - Fotoları
- AQTA heyvanların daşınması məsələsinə aydınlıq gətirdi
- Hərbi Prokurorluqda əməliyyat müşavirəsi oldu
- Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi
- Nazirlər Kabineti peşəkar mühasiblərə dair qərarını dəyişdi