Azərbaycanın qeyri-neft ixracatı artım tempini qoruyub saxlayıb. Belə ki, bu ilin ilk 8 ayında qeyri-neft ixracatı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 17.8 faiz artaraq 2 milyard dollardan çox olub.
BUTA.TV xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov qeyd edib.
“Qeyri-neft ixrac dəyərində Rusiya 32 faizlə ilk sırada olsa da bu, mövsümi olaraq şimal qonşumuza daha çox kənd təsərrüfatı məhsulları ixrac etməyimizlə bağlıdır. Belə ki, qeyri-neft ixracatımızda 27.7 faizlə ikinci ən böyük tərəfdaşımız olan qardaş Türkiyənin növbəti aylarda payının daha da artacağı, hətta Azərbaycanın əsas tərəfdaşı olacağı da gözlənilir. Gürcüstan qeyri-neft məhsullarımızın 9.9, İsveçrə 4.1, Qazaxıstan isə 3.3 faizini alır”, - Bayramov bildirib.
Millət vəkili əlavə edib ki, sözügedən müddət ərzində ümumi ixracatın həcmi 16 milyard 776 milyon dollar olub:
“Göründüyü kimi, qeyri-neft ixracatının həcminin artmasına baxmayaraq ümumi ixracatda payı hələ də yüksək deyil. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı islahatların daha da dərinləşdirilməsi prioritetliyini qoruyub saxlamaqdadır”.
- Sən kimə dua edirsən?
- Hərbçimiz həlak oldu - Fotolar
- 99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
- Bağçalarla bağlı yeni qayda təsdiqləndi
- Günün qəhrəmanlarının - Fotoları
- AQTA heyvanların daşınması məsələsinə aydınlıq gətirdi
- Hərbi Prokurorluqda əməliyyat müşavirəsi oldu
- Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi