Liviyanın Derna şəhərində daşqınlar nəticəsində ölənlərin sayı 7 minə çatıb.
BUTA.TV xəbər verir ki, bu barədə Liviya Nümayəndələr Palatasının (parlament) rəsmi nümayəndəsi Abdalla Belhak bildirib.
“Minlərlə cəsəd hələ də şəhərin küçələrində və ya dənizdə qalıb. Onları dəfn etməyə imkanımız yoxdur”, - o deyib.
Qeyd edək ki, Yunanıstan və Bolqarıstanda daşqınlara səbəb olan “Daniel” qasırğası sentyabrın 11-də Liviyaya çatıb. Təbii fəlakət xüsusən Derna şəhərində böyük fəsadlara səbəb olub. Daşqınlarla əlaqədar Liviya Milli Birlik Hökuməti şəhərdə təbii fəlakət vəziyyəti elan edib.
- Hava proqnozu dəyişdi: Bakıda yağış yağacaq
- Sən kimə dua edirsən?..
- Hərbçimiz həlak oldu - Fotolar
- 99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
- Bağçalarla bağlı yeni qayda təsdiqləndi
- Günün qəhrəmanlarının - Fotoları
- AQTA heyvanların daşınması məsələsinə aydınlıq gətirdi
- Hərbi Prokurorluqda əməliyyat müşavirəsi oldu