Bratislavada Slovakiyanın keçmiş baş naziri İqor Matoviçlə Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Robert Kaliniyak arasında dava olub.
BUTA.TV Pravda.sk-a istinadən xəbər verir ki, insident Smer-SD Partiyasının qeyri-qanuni miqrasiya mövzusunda təşkil etdiyi mətbuat konfransı zamanı parlament binası qarşısında baş verib.
OLANO Partiyasının lideri İqor Matoviç mətbuat konfransına səs gücləndiriciləri olan avtomobillə gəlib. Matoviçlə Kaliniyak arasında qarşıdurma keçmiş daxili işlər nazirinin keçmiş baş nazirin əlindən mikrofonu qoparmaq istəməsindən sonra baş verib.
Keçmiş DİN rəhbəri miqrantların ölkəyə girişinə qarşı olub və keçmiş baş naziri vəzifədə olduğu müddətdə əcnəbilər üçün "qapı"ları açmaqda ittiham edib. O, əcnəbilərin Slovakiyada qalması üçün sənədlərin verilməsini məhz onların hökumətinin təsdiqlədiyini vurğulayıb.
- Hava proqnozu dəyişdi: Bakıda yağış yağacaq
- Sən kimə dua edirsən?..
- Hərbçimiz həlak oldu - Fotolar
- 99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
- Bağçalarla bağlı yeni qayda təsdiqləndi
- Günün qəhrəmanlarının - Fotoları
- AQTA heyvanların daşınması məsələsinə aydınlıq gətirdi
- Hərbi Prokurorluqda əməliyyat müşavirəsi oldu