Bu mövsüm Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək "Qəbələ"nin U-19 komandasının birinci mərhələdə Macarıstanın "Puşkaş” Futbol Akademiyası ilə keçirəcəyi oyunların saatı açıqlanıb.
BUTA.TV Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın oktyabrın 4-də Qəbələ şəhər stadionunda oynayacağı görüş saat 16:00-da başlayacaq.
Azərbaycan çempionunun oktyabrın 24-də səfərdə keçirəcəyi cavab matçı isə Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.
Qeyd edək ki, bu cütün qalibi növbəti raundda "Olimpiakos" (Yunanıstan) - "Leççe" (İtaliya) duelinin güclüsü ilə üz-üzə gələcək.
- Hava proqnozu dəyişdi: Bakıda yağış yağacaq
- Sən kimə dua edirsən?..
- Hərbçimiz həlak oldu - Fotolar
- 99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
- Bağçalarla bağlı yeni qayda təsdiqləndi
- Günün qəhrəmanlarının - Fotoları
- AQTA heyvanların daşınması məsələsinə aydınlıq gətirdi
- Hərbi Prokurorluqda əməliyyat müşavirəsi oldu