Amerikanın “Open AI” şirkətinin rəhbəri Sem Altman dünyanın ən nüfuzlu yəhudisi hesab edilir.
BUTA.TV xəbər verir ki, bu barədə İsrailin "Yerusalem Post" qəzetində dərc olunan məqalədə deyilir.
Dünyanın ən nüfuzlu yəhudiləri reytinqində ikinci yeri İsrailin baş naziri Benyamin Netanyahu, üçüncü yeri isə ABŞ dövlət katibi Entoni Blinken tutub. Dördüncü yerdə İsrail etiraz hərəkatının liderləri, o cümlədən hər həftə Təl-Əvivdə məhkəmə islahatlarına qarşı hökumət əleyhinə mitinqlərdə iştirak edən Şikma Bressler qərarlaşıb.
Belə ki, bu il yəhudilərin 52 addan ibarət reytinq cədvəlinə bir müddət əvvəl təyyarə qəzasında ölən “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin də daxil edilib. O, siyahını tamamlayır.
99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
Maraqlıdır ki, 2022-ci ildə birinci olan Ukrayna Prezidenti Vladimir Zelenskinin adı İsrail dövri nəşrinin tərtib etdiyi siyahıda yer almayıb.
Qeyd edək ki, qəzet yəhudilərin Roş-Ha-Şana bayramı münasibəti ilə illik reytinq siyahısını dərc edir. Reytinqə həm İsraildə, həm də xaricdə yaşayan siyasətçilər, ictimai xadimlər, elm və incəsənət xadimləri daxil edilir.
- Messinin taleyini o tvit dəyişdi - Tarixi yenidən yazan iki Lionel - Fotolar
- Qalibiyyətin nişanəsini daşıyacaqlar - DÇ-də tarixi yenilik - Video
- Hava proqnozu dəyişdi: Bakıda yağış yağacaq
- Sən kimə dua edirsən?..
- Hərbçimiz həlak oldu - Fotolar
- 99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
- Bağçalarla bağlı yeni qayda təsdiqləndi
- Günün qəhrəmanlarının - Fotoları