Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev yenidən cəmiyyətin və mətbuatın maraq dairəsinə düşüb. 2012-ci ildən bəri Sabunçuya rəhbərlik edən Vəliyev bu dəfə gözlənilməz etirafları ilə gündəmə gəlib.
BUTAşTV xəbər verir ki, 11 ilin icra başçısı "Xural" TV-nin rəhbəri Əvəz Zeynallının ötən həftə keçirilən məhkəmə iclasında ifadə verərkən səlahiyyət həddini aşdığını etiraf edib. Bunu xatırladanlara isə "Elə danışırsınız ki, guya Azərbaycanda yaşamırsınız..." - deyərək reaksiya verib. Məlum açıqlaması ilə diqqəti üzərinə çəkən A.Vəliyev həm də fəaliyyətinin hərtərəfli təftiş edilməsinə rəvac verib. Qeyd edək ki, Adil Vəliyev ölkənin ən varlı məmurlarından biri sayılır. Onun sahib olduğu "biznes imperiyası"nın sərhədlərini müəyyənləşdirmək mümkün deyil.
"Yeni Sabah" sözügedən icra başçısının və oğlunun sahib olduqları əmlakın bir qismini açıq mənbələrdə yayılan informasiyalar hesabına müəyyənləşdirə bilib. Həmin siyahını təqdim edirik:
1. "Sarı gəlin" şadlıq sarayı
2. "AQAT" şadlıq sarayı
3. "Bakıxanov Rezidens" yaşayış kompleksi
4. "Volkswsvagen", "Porche", "Audi", "Seat" avtomobil markalarının ölkəmizdə rəsmi dileridir. Bu markaların satıldığı bütün mərkəzlər Adil Vəliyevə məxsusdur.
5. Binalara üzlüklər çəkən şirkət ("AQAT")
6. "Azəravtoyol"un bütün tenderlərində qalib olan şirkətlər (Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Goradil, Novxanı, Saray, Corat yolunu (39,6 km) A.Vəliyevin şirkətləri çəkib.
Bundan başqa:
- Bakı şəhəri, Nəsimi rayonu, Babək prospekti 37 ünvanında 0.2921 ha torpaq sahəsi, 1598.30 kv/m daşınmaz əmlak olan qeyri yaşayış binası. 2019-cu ildən.
Həyat yoldaşının adına sənədləşən əmlaklar:
- Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5080C saylı 0.16 ha bağ sahəsi. 2021-ci ildən.
- Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, b, 31, 307-ci məhəllə, m.2 ünvanında yerləşən 237.20 kv/m olan mənzil. 2020-ci ildən.
- Bakı şəhəri, Nərimanov rayonu, Etibar Qocayev küçəsi, 17 ünvanında, 0.0783 ha torpaq sahəsi, 1094.50 kv/m daşınmaz əmlakın ümumi sahəsi olmaqla, fərdi yaşayış evi. 2021-ci ildən.
- Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 102 ünvanında 0.0820 ha torpaq sahəsi . 2018-ci ildən
Oğlunun adına sənədləşən əmlaklar:
- Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ə.Rəhimov küçəsi, 17F ünvanında 0.6150 ha torpaq sahəsində olmaqla, 301.20 kv/m ümumi sahəsi olan fərdi yaşayış evi. 2021-ci ildən.
- Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5080G saylı 0.16 ha bağ sahəsi . 2021-ci ildən.
- Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 0.16 ha 892 saylı bağ sahəsi. 2021-ci ildən.
- Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 139 ünvanında 0.59 ha torpaq, 9.10 kv/m qeyri yaşayış binası. 2019-cu ildən.
- Sabunçu rayonu, Bəşir Bünyatov küçəsi, 246 ünvanında 0.7173 ha torpaq sahəsi. 2021-ci ildən (satılıb)
Qızının adına sənədləşən əmlaklar:
- Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5080X saylı 0.16 ha
Adil Vəliyevə məxsus olan maşınlar:
- Xidməti maşın AUDİ A8 (10-AA-818)
- Adil Vəliyevin şəxsi maşını Porsche Panamera Turbo (10-AA-078). Qiyməti 200.000 AZN
A.Vəliyevin oğlu Ənvər Vəliyevin maşın qarajı:
– 2014-cü ildə oğlu Ənvər qiyməti 250.000 AZN olan “PORSCHE 911Turbo S” markalı maşın sürürdü. Ona məxsus olan 10-YY-078 dövlət qeydiyyat nömrəsi ilə.
– 2015-ci ildə oğlu maşınını dəyişir və qiyməti 150.000 AZN olan “PORSCHE 911” markalı maşın sürür. Ona məxsus olan yeni 10-AL-078 dövlət nömrəsi ilə.
– 2018-ci ildə oğlu Ənvər özünə 450.000 AZN (yarım milyonluq) Ferrari Berlinetta alır. Yeni maşının yeni nömrəsi var – 10-FF-078.
– 2021-ci ildə biz icra başçısının oğlunu Bakıya təzə gətirilmiş, qiyməti 500.000 AZN olan FERRARi Berlinetta F12-də görürük. Və bu dəfə də yeni maşın yeni nömrə ilə 10-OO-078.
Adil Vəliyevin oğlu Ənvər Ənvərlinin də “kiçik biznesi” var. Onun tikdirdiyi yaşayış binaları:
Bakıxanov Rezidens A
Bakıxanov Rezidens B
Bakıxanov Rezidens 1
Bakıxanov Rezidens 2
Bakıxanov Rezidens 3
Fireland
Fireland2
Ramana Rezidens
Brillians Rezidens 1
Brillians Rezidens 2
Bakıxanov Zəfər1
Koroğlu Rezidens
Şirkətlər:
Əfəndilər Group
Əfəndilər MMC
Euro Style LTD. MMC
"Yeni Sabunçu" Mənzil Tikinti Kooperativi
"Yaşıl Construction" Mənzil-Tikinti Kooperativi
"Bərgüşad-Ş" Mənzil-Tikinti Kooperativi
Cafe Cayenne
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər