İran Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətini bərpa edəcəyinə və əməkdaşların qayıdacaqlarına ümid edir.
BUTA.TV xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani Tehranda keçirdiyi həftəlik mətbuat konfransında deyib.
O bildirib ki, son zamanlar qarşılıqlı görüşlər və danışıqlar baş tutub. Hər iki ölkənin xarici işlər nazirləri telefon əlaqəsi saxlayıblar və geniş fikir mübadiləsi aparıblar.
“Həyata keçirilən tədbirlər uğurla başa çatdıqdan sonra Azərbaycanın Tehrandakı səfirliyinin bərpa olunacağına ümid edirik”, - deyə o vurğulayıb.
99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Nəticədə səfirliyin bir əməkdaşı həlak olub, iki nəfər yaralanıb. Qatil həbs olunub, məhkəmə araşdırması aparılır.
- Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
- Milyonluq mənimsəməyə görə tutulan rəis barədə qərar...
- DSX hərbçisi vəfat etdi - Foto
- DSX-nin hərbçisi vəfat edib - Foto
- İstirahət günü hava necə olacaq?
- “O vaxt körpə idi, indi isə finalda rəqibimdir” - Video
- FHN Qəbələdə məşhur oteldə təlim keçirdi - Foto
- Hirkan Milli Parkı zibil tullantılarının əsirinə çevrilib - Foto